XƏBƏRLƏR
2809 Arxiv

2017.12.26

Qərb Universiteti litseyinin şagirdləri AMEA Zoologiya İnstitutunda təşkil olunan mikroskopla praktik dərslərdə iştirak ediblər

Qərb Universiteti litseyinin 8 və 9-cu sinif şagirdləri AMEA Zoologiya İnstitutunda təşkil olunan mikroskopla praktik dərslərdə iştirak ediblər. Protozoologiya və Parazitologiya laboratoriyalarında şagirdlərə stereomikroskop və işıq mikroskoplarının quruluşu, cihazlarla iş prinsipi haqqında məlumat verildi.  Şagirdllər sərbəst şəkildə müvəqqəti preparatlar hazırlamaqda iştirak etdilər. Dərslik proqramlarına uyğun olaraq mikroskopda bir çox obyektlərə (həşəratlar, qan hüceyrələri, parazit qurdlar, gənə, suda yaşayan gözlə görünməyən canlılara və s.) baxıldı.