XƏBƏRLƏR
3278 Arxiv

2017.12.21

AMEA Zoologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi

18.12.2017-ci il tarixində AMEA Zoologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi. İclası giriş sözü ilə institutun direktoru  Elman Yusifov açaraq gündəlikdəki məsələləri Elmi Şura üzvlərinin diqqətinə çatdırdı. 12 oktyabr 2017-ci il tarixində Respublika qəzetində verilmiş elana əsasən-“Parazitologiya”  laboratoriyasına baş elmi işçi və “Tətbiqi Zoologiya Mərkəzi”nə aparıcı elmi işçi vəzifələrini tutmaq üçün ayrılan 2 yerə Asif  Manafov  və  Əli Məmmədov sənədlərini təqdim edib. İclasda namizədliklərinin irəli sürülməsi ilə bağlı Biologiya və Tibb Elmləri Bölməsi qarşısında vəsatət qaldırılması məqsədəuyğun hesab edildi. Sonda müxtəlif məsələlər və kadr hazırlığı üzrə müzakirələr oldu və qərarlar qəbul edildi.