XƏBƏRLƏR
2991 Arxiv

2017.12.21

Tətbiqi Zoologiya Mərkəzi əməkdaşının seminarı keçirildi

14.12.2017-ci il tarixində AMEA Zoologiya İnstitutu Tətbiqi Zoologiya Mərkəzinin kiçik elmi işçisi Rəfiqə Əliyevanın elmi seminarı keçirildi. Seminarda Bal arısı (Apis mellifera), onun davranış xüsusiyyətləri, xəstəlikləri və zərəvericiləri haqqında məlumat verildi. Məruzəçi arılarda parazitar, bakterial və göbələk xəstəlikləri  haqqında və onların təyin edilərək mübarizə üsulları barədə geniş məlumatlar verdi.