XƏBƏRLƏR
3105 Arxiv

2017.12.21

AMEA Zoologiya İnstitutunun bir sıra əməkdaşlarının elmi vəzifələri artırılıb

Zoologiya İnstitutunun rəhbərliyinin  4 dekabr 2017-ci il tarixli Əmri ilə İnstitutun aşağıda adları çəkilən əməkdaşlarının məhsuldar elmi fəaliyyəti, ekspedisiyalarda aktiv  iştirakı, aldığı elmi nəticələri nəzərə alınaraq elmi vəzifələri artırılıb.

1. Tətbiqi Zoologiya Mərkəzinin 10-cu dərəcəli kiçik elmi işçisi Abasova Nəzakət Mirsahib qızı 04.12.2017-ci ildən  11-ci dərəcəli elmi işçi vəzifəsinə,

2.“Hidrobiologiya” laboratoriyasının 9-cu dərəcəli böyük laborantı Mehdiyeva Nigar Eldar qızı 04.12.2017-ci ildən 10-cu dərəcəli kiçik elmi işçi vəzifəsinə keçirilmiş

Bu münasibətlə əməkaşlarımızı İnstitutun rəhbərliyi və kollektivi adından təbrik edir və işlərində daim yüksəliş arzu edirik!