XƏBƏRLƏR
3682 Arxiv

2015.05.29

29.05.2015-ci il tarixində Zoologiya İnstitutunun Dissertasiya Şurasının müdafiəsi keçirilmişdir.

“Əlvan forelin (Salmo gairdneri richardson, 1836) böyümə və inkişafının morfoloji xüsusiyyətləri və yetişdirilməsinin biotexnoloji əsasları” mövzusu ilə çıxış edən Həsənova Aytəkin biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün şura tərəfindən dinlənilmişdir. Tədqiqat işindən danışan A.Həsənova bildirib ki, işin məqsədi  cinsi yetkinliyə çatmış əlvan forellərdən kürü və sperma mayesini alıb mayalandırmaq, ümumi embriogenezin mərhələlərini, mayalanmış yumurtaların piqmentləşməsini və böyüməsini, mühit amillərinin  təsirindən embriogenezin vaxtının dəyişilməsini, differensiyasını öyrənmək və əzələ komponentlərinin morfometrik ölçülərini aparmaq olmuşdur.

Işin elmi rəhbəri biologiya üzrə elmlər doktoru, professor C.Ə.Nəcəfovdur.