XƏBƏRLƏR
381 Arxiv

2017.12.21

Altay Dövlət Universitetinin əməkdaşları AMEA Zoologiya İnstitutunda oldular

Altay Dövlət Universitetinin əməkdaşları-Roman Yakovler və Maçyura Aleksandr AMEA Zoologiya İnstitutunun qonağı oldular. Onlar institutun direktoru, f.ü.f.d. Elman Yusifov ilə görüşərək, Protozoologiya laboratoriyasında kadr hazırlığı üçün müraciət etdiklərini söyləyiblər. Qonaqlar Azərbaycanın müxtəlif rayonlarında tədqiqat işləri aparmaqda maraqlıdırlar. Görüş zamanı kompleks ekpedisiyalar barədə danışıqlar aparılıb. Yaxın gələcəkdə Altay Dövət Universiteti və Zoologiya İnstitutu arasında müqavilə bağlanacağı və şərtlərin müzakirə olunacağı gözlənilir.