XƏBƏRLƏR
3113 Arxiv

2017.12.26

AMEA Zoologiya İnstitutunda mikroskopla praktik dərslər keçirilir

Qərb Universiteti tam orta məktəbin 5-ci və 6-cı sinif şagirdləri Zoologiya İnstitutunda təşkil olunan mikroskopla praktik dərslərdə iştirak ediblər. Protozoologiya və Parazitologiya laboratoriyalarında şagirdlərə stereomikroskop və işıq mikroskoplarının quruluşu, cihazlarla iş prinsipi haqqında məlumat verildi, müxtəlif mikroskopik obyektlər (şəkər tozu, duz dənələri, parazitlər, birhüceyrəli orqanizmlər, gənə, həşərat növləri-ağcaqanad, qarışqa, kəpənək, yarpağın eninə kəsiyi, ağızcıq hüceyrələri, tük və dırnağın quruluşu və s.)  göstərildi. Həmçinin şagirdlər sərbəst şəkildə müvəqqəti preparatların hazırlanmasında iştirak etdilər.