XƏBƏRLƏR
4319 Arxiv

2018.01.12

Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşları ekspedisiyada olublar

AMEA Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşları Gülnar Qəhrəmanova və İlhamə Səfərova 28-30 noyabr tarixlərində Hacıqabul rayonunun Şorbaçı, Birinci Udullu (Cəngan), İkinci Udullu, İkinci Paşalı və s. kəndlərində ekspedisiyada olublar. Ekspedisiya müddətində nar bitkilərindən entomoloji materiallar götürülüb. Ağacların üzərində qalan zədələnməmiş, çürük və qurumuş meyvə nümunələri yığılaraq laboratoriyaya gətirilib.