XƏBƏRLƏR
3103 Arxiv

2015.05.14

14.05.2015

14.05.2015-ci il tarixində Səbail rayonunun 162 saylı orta məktəbin müəlliməsi Mehdiyeva Leyla Mehrab qızının rəhbərliyi ilə 8a sinif şagirdləri Zoologiya İnstitutunun Zooloji muzeyinə ekskursiyaya gəldilər. Şagirdləri muzey eksponatları ilə Zooloji muzeyin direktoru, biologiya üzrə fəlsəfə doktoru İlyas Rəzzaq oğlu Babayev tanış etdi. Şagirdlər muzey eksponatları ilə bağlı geniş məlumat əldə etdilər. İ.R.Babayev həmçinin şagirdləri həmmüəllifi olduğu “Azərbaycan Respublikasının  Milli Atlası” və Azərbaycan Respublikasının “Qırmızı Kitab”ı ilə də tanış etdi.