XƏBƏRLƏR
3332 Arxiv

2018.01.12

Zoologiya İnstitutunda ilk dəfə olaraq zəlilərin çoxaldılması texnologiyası hazırlanır

AMEA Zoologiya İnstitutunun  Tətbiqi Zoologiya Mərkəzində respublikada ilk dəfə olaraq laboratoriya şəraitində tibbi zəlilərin çoxaldılması texnologiyası hazırlanır.

İnstitutda laboratoriya şəraitində tibb zəlisinin süni yolla çoxaldılması ilə əlaqədar tədqiqat işləri 2016-cı ildən aparılır.

Laboratoriya şəraitində qışda müsbət 18-220C , yayda 24-270C istidə saxlanılan və xüsusi qayğı ilə bəslənilən zəlilər ilin müxtəlif vaxtlarında nəsil vermək qabiliyyətinə malikdirlər. Onlar 6-8 aydan bir barama verə bilərlər. Zəlilər hər dəfə 3-dən 8-ə qədər, əksər hallarda 4-5 ədəd barama verir.  Hər baramada 15-20 (əksər hallarda 8-15) embrion (rüşeym) olur.

Ölkəmizdə təbii şəraitdə tibb zəlisinin inkişafı üçün əlverişli şərait mövcuddur. Belə ki, zəliyə Azərbaycanın bir sıra su tutarlarında, o cümlədən, Dəvəçi limanı, Kiçik Qızılağac körfəzi, Lənkəran təbii vilayətinin su hövzələri, Kürətrafı göllər, Naxçıvan Muxtar Respublikasının və  Gəncə-Qazax zonasının su tutarlarında və s. rast gəlinir.

Qeyd edək ki, zəlilər  (Hirudinea) həlqəvi qurdlar (Annelida) tipinin ayrıca bir sinfini təşkil edir. Onların əksəriyyəti ektoparazitdir, bununla yanaşı zəlilərin yırtıcı nümayəndələrinə də rast gəlinir. Onurğalı heyvanların bütün nümayəndələrindən (balıqlar, sürünənlər, suda-quruda yaşayanlar, quşlar və məməlilər) qan sormaqla qidalanırlar.