XƏBƏRLƏR
3330 Arxiv

2017.12.28

Zoologiya İnstitutu Tümen Dövlət Universiteti ilə birgə tədqiqatlar aparmağı nəzərdə tutur

AMEA-nın Zoologiya İnstitutu Rusiya Federasiyasının Tümen Dövlət Universiteti ilə birgə  tədqiqatlar aparmağı nəzərdə tutur.

Müştərək elmi tədqiqatlar aparılması üçün noyabrın 27-də Tümen Dövlət Universitetinin elmi işçisi Nikolay Anisimov Zoologiya İnstitutunun əməkdaşları ilə görüşüb. 

Görüşdə N.Anisimov Tümen Dövlət Universitetinin imkanları, aparılan tədqiqatlar haqqında məlumat verib. 

AMEA Zoologiya İnstitutunun  əməkdaşları Tumen Dövlət Universiteti ilə birgə tədqiqatlar aparılmaq üçün 14 mövzu təqdim ediblər.