XƏBƏRLƏR
3059 Arxiv

2017.11.24

“Təbabətdə yeni texnologiyalar: Kök hüceyrələr, robot cərrahiyyəsi” mövzusunda tədbir keçiriləcək

24 noyabr 2017-ci il tarixində saat 10:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Təbabətdə yeni texnologiyalar: Kök hüceyrələr, robot cərrahiyyəsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
 
Tədbir Azərbaycan Respublikası Milli Məclisi, AMEA, Türkiyənin LİV Hospitalı və İstinye Universitetinin birgə təşkilatçılığı ilə baş tutacaq.
 
Konfransda "Kök hüceyrələri və onun tibbdə tətbiqi", "Kolorektal poliplərdə kök hüceyrələrin diaqnostik və proqnostik rolu", "Ürəyin işemik xəstəliklərində kök hüceyrələnin tətbiqi" və digər mövzularda məruzələr dinləniləcək.
 
http://science.az/news/open/6832