XƏBƏRLƏR
3433
Arxiv
2017.12.28
Bakı Dövlət Universitetinin Biologiya fakultəsinin tələbələri Zoologiya İnstitutunda oldular
Bakı Dövlət Universitetinin Biologiya fakultəsinin “Sabah” qruplarının ikinci kurs tələbələri skan elektron mikroskopunun iş prinsipi ilə tanış olmaq üçün AMEA Zoologiya institutunun Protozoologiya laboratoriyasında oldular. Tələbələrə skan elektron mikroskopunda işləmək qaydaları, müvəqqəti preparatların hazırlanma üsulları, ibtidai orqanizmlər, bəzi həşərat növləri və mikroskopik yosunların skan mikroskopu ilə çəkilmiş fotoları göstərildi, növlər haqqında məlumat verildi. Həmçinin sərbəstyaşayan infuzorlara aid daimi preparatlar işıq mikroskopunda göstərildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.