XƏBƏRLƏR
3257 Arxiv

2018.01.18

Tətbiqi Zoologiya Mərkəzi əməkdaşının dissertasiya işinin şöbədə müzakirəsi keçirilib

AMEA Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzi və Quru onurğasızları laboratoriyasının birgə iclasında  mərkəzin kiçik elmi işçisi Səbinə Həsənovanın “Yeddi nöqtəli parabüzənin bioekoloji və fizioloji xüsusiyyətləri” mövzusunda  dissertasiya işi  müzakirə olunub. 

S.Həsənova dünyada zərəvericilərlə bioloji mübarizədə ən səmərəli növlərdən biri kimi qəbul olunmuş 7 nöqtəli parabüzənin bioekoloji və bəzi fizioloji göstəricilərinə temperatur, fotoperiod və qidanın təsirlərini araşdırıb. 

Tədqiqatçı respublikada ilk dəfə olaraq, yeddi nöqtəli parabüzənin laboratoriyada süni şəraitdə kütləvi şəkildə çoxaldılması üçün optimal rejimi müəyyənləşdirib.