XƏBƏRLƏR
3283 Arxiv

2017.11.21

Hidrobiologiya laboratoriyasının hesabatı müzakirə olunub

14 noyabr 2017-ci il tarixində AMEA Zoologiya İnstitutunun Elmi Şurasının geniş iclasında Hidrobiologiya laboratoriyasının elmi və təşkilat fəaliyyətinin birillik hesabatı müzakirə olunub. 

Hesabatda 1 mövzu üzrə 5 elmi-tədqiqat işinin nəticələri dinlənildi. 

Tədqiqat işləri Orta Xəzərin Azərbaycan sektorunun və Taxtakörpü Su Anbarının faunasının araşdırılmasına həsr olunub. 

Hesabat tədbiri zamanı Azərbaycanda ilk dəfə  tibb zəlisinin laboratoriya şəraitində çoxaldılması üzrə aparılan elmi tədqiqat işlərinin nəticələri haqqında da məlumat verilib. Bildirildi ki, əldə edilmiş körpə zəlilər laboratoriyada xüsusi şəraitdə saxlanılaraq bəslənilir. 

Hidrobioloqların hesabat ilində 2 kitabı, 15-dən çox məqalə və tezisləri çap edilib, 5 məqalə isə çapa təqdim olunub.

İclasda laboratoriya əməkdaşların bir illik fəaliyyətləri qənaətbəxş hesab edildi.

Sonda Hidrobiologiya laboratoriyasının böyük elmi işçisi Nuriyyə Şamionovanın və İnstitutun texniki işçisi Əlibala Məlikovun 60 illik yubileyi münsibətilə onlara Fəxri Fərman, İnstitut və İnstitut Həmkarlar Təşkilatı tərəfindən pul mükafatı verildi