XƏBƏRLƏR
3146 Arxiv

2017.11.14

Zoologiya İnstitutunda ilk dəfə olaraq reptililər üzərində sitogenetik tədqiqatlara başlanılıb

AMEA Zoologiya İnstitutunun Quru Onurğalıları Laboratoriyasında  ilk dəfə olaraq reptililər üzərində sitogenetik tədqiqatlara başlanılıb.

İlk tədqiqatlar biologiya üzrə elmlər doktoru Qiyas Quliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikası Culfa rayonunun ərazisindən əldə olunan Qafqaz aqaması (Paralaudakia caucasia), Quba rayonu ərazisindən tutulan Qafqaz qayalıq kərtənkələsi (Darevskia caucasica) və Dağıstan kərtənkələsi (Darevskia daghestanica) növləri üzərində aparılıb.

Tədqiqatın məqsədi izolə olunmuş populyasiyalarda olan fərdlərin kariotipinin müqayisəli şəkildə öyrənmək və partogenetik yolla çoxalan, hibrid fərdlər əmələ gətirən növlərin sitogenetik  fərqlərini analiz etməkdir.

Qeyd edək ki, xrоmоsоm prеpаrаtlаrı qırmızı sümük iliyi hücеyrələrindən hаzırlаnıb. Prеpаrаtlаrın hаzırlаnmаsı zamanı C.E.Fоrd və J.L.Hаmеrtоnun mоdifikаsiyаlаşdırılmış mеtоdundаn istifаdə оlunub.

Hazırda tədqiqatlar davam etdirilir.