XƏBƏRLƏR
3400 Arxiv

2017.11.14

Akademik Əhliman Əmiraslanov Rusiya Federasiyası Dağıstan Respublikasının Əməkdar elm xadimi fəxri adına layiq görülüb

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidentinin Fərmanı ilə iki ölkə arasında elmi əməkdaşlığın inkişafındakı xidmətlərinə görə "Dağıstan Respublikasının Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.  

Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xizri Şixsaidov "Dağıstan Respublikasının Əməkdar elm xadimi” diplomunu və döş nişanını alimə təqdim edib.  

Görüşdə, həmçinin iki ölkə arasındakı tarixi əlaqələrdən bəhs edilib, bu münasibətlərin müasir dövrdə də inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.

 

 

 

 

http://science.az/news/open/6717