XƏBƏRLƏR
459 Arxiv

2017.11.16

Hidrobiologiya laboratoriyasının hesabatı müzakirə olunub

AMEA Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının birillik hesabatı müzakirə olunub. Müzakirədə 2017-ci ildə tədqiqinə başlanmış 1 mövzu üzrə 5 elmi-tədqiqat işinin nəticələri dinlənildi. Ümumillikdə əməkdaşların bir illik fəaliyyətləri qənaətbəxş hesab edildi.

Azərbaycanda ilk dəfə olaraq tibb zəlisinin laboratoriya şəraitində çoxaldılması üzrə aparılan elmi tədqiqat işinin nəticələri haqqında da məlumat verilib. Bildirilib ki, hazırda laboratoriyada bəslənmiş ana zəlilərdən əldə edilmiş körpə zəlilər laboratoriyada xüsusi şəraitdə saxlanılaraq bəslənilir.

Hidrobioloqların hesabat ilində 2 kitabı, 11 məqalə və tezisi çap edilib, 5 məqalə isə çapa təqdim edilib.