XƏBƏRLƏR
2966 Arxiv

2017.11.14

AMEA-da gənclərlə bağlı Dövlət Proqramının icrasına dair tədbirlər planı təsdiq edilib

Noyabrın 1-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın AMEA-da icrası ilə bağlı məsələyə baxılıb.

İclasda çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə respublikada davamlı olaraq həyata keçirilən gənclər siyasətinin əsas məqsədinin cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq olduğunu deyib. AMEA-nın rəhbəri bu istiqamətdə qarşıya qoyulan hədəflərə nail olmaq üçün Prezident İlham Əliyevin 15 sentyabr 2017-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda digər təşkilatlarla bərabər AMEA-nın da qarşısında müvafiq tədbirlərlə bağlı mühüm vəzifələrin qoyulduğunu söyləyib. Akademik AMEA-ya tapşırılmış işlərin icrasının təmin edilməsi üçün Tədbirlər Planının hazırlandığını bildirib.

Məsələ müzakirə edildikdən sonra Rəyasət Heyətinin qərarı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramının AMEA üzrə icrası ilə bağlı Tədbirlər Planı” təsdiq edilib. AMEA-nın elmi müəssisə və təşkilat rəhbərlərinə Dövlət Proqramının icrası ilə bağlı Tədbirlər Planında nəzərdə tutulan işlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə tapşırıqlar verilib.

 

http://science.az/news/open/6693