XƏBƏRLƏR
3015 Arxiv

2017.12.15

XƏBƏRLƏR

19-24 aprel 2015-ci il tarixində Ovçinnikov adına Biokimya İnstitutunun laboratoriya müdiri, professorAleksandr Sapojnikov AMEA Zoologiya İnstitutunda olmuş və "FlowCam Imaging" (USA) şirkətinin densitometri ilə işləmək üçün İnstitutun işçiləri ilə treninq keçirmişdir. Hal-hazırda treninqdə iştirak edən bütün işçilər suda və torpaqda yaşayan kiçik heyvanların və eləcə də, birhüceyrəlilərin miqdari hesabını sürətlə və keyfiyyətli şəkildə aparmağa imkan verən belə bir mürəkkəb cihazla sərbəst işləmək bacarıqlarına yiyələniblər.Nəticədə, rus həmkarlarımızın dəstəyi sayəsində bu gun azərbaycanlı alimlər MDB ölkələrinin yalnız bir neçə elmi mərkəzlərində olan cihazla müasir səviyyədə müvəfəqiyyətlə işləyirlər. 20 aprel 2015-ci iltarixində Zoologiya İnstitutundaYaponiyanın"Tokyo Boeki Technology Ltd."şirkətinin baş meneceri cənab Vitaliy Tinkoff və vitse-prezident cənab Kavabe qonaq olmuşdur. Onlar AMEA Zoologiya İnstitutunda bu şirkətə aid istifadə olunan cihazlarla, xüsusilə də, elektron mikroskopun işi ilə tanış olmuş və əməkdaşların müsbət rəylərini və arzularını dinləmişdilər.

 Şəkildə (sağdan-sola)professor A.Sapojnikov, AMEA Zoologiya İnstitutunun direktoru, müxbir üzvü İ. Ələrbərov,cənab Kavabevə V.Tinkoff  müzakirə zamanı.