XƏBƏRLƏR
3135 Arxiv

2017.11.14

Tətbiqi Zoologiya Mərkəzi əməkdaşının elmi seminarı keçirildi

Oktyabrın 30-da AMEA Zoologiya İnstitutunda Səbinə Həsənovanın “Yeddi nöqtəli parabüzənin laboratoriyada çoxaldılmasının elmi əsasları” mövzusunda elmi seminarı keçirildi.

S.Həsənova geniş tədqiqatlar nəticəsində dünyada zərərvericilərlə bioloji mübarizədə ən səmərəli növlərdən biri kimi qəbul olunmuş 7 nöqtəli parabüzənin bioekoloji və bəzi fizioloji göstəricilərinə temperatur, fotoperiod və qidanın təsirlərini araşdırıb. O, bu amillərin yırtıcının ontogenezindəki rolunu, böcəklərin miqrasiyası və diapauzanın yaranma səbəblərini öyrənib.

Tədqiqatçı respublikada ilk dəfə olaraq, yeddi nöqtəli parabüzənin laboratoriyada kütləvi çoxaldılması üçün optimal rejimi müəyyənləşdirib.