XƏBƏRLƏR
2945 Arxiv

2017.11.14

Zoologiya İnstitutunun əməkdaşı Türkiyədə zəlilərlə bağlı tədqiqat aparacaq

AMEA Zoologiya İnstitutu Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşı Türkiyədə zəlilərlə bağlı tədqiqat aparacaq.

Türkiyənin Fırat Universitetinin Su Ürünleri Fakültəsində (Ana bilim dalı Su Ürünleri Yetiştiriciliği/ Balık Hastalıkları) doktorantura təhsili alan Tətbiqi Zoologiya Mərkəzinin kiçik elmi işçisi Şəbnəm Fərzəli
fakültənin alimlərinin zəlilərlə bağlı topladığı bilik və təcrübələrinə yiyələnəcək.
Şəbnəm Fərzəlinin tədqiqatının əsas məqsədi Azərbaycanda yayılan zəli növlərini təyin etmək, zəlilərin yayılma intensivliyi və areallarını müəyyən etmək, zəlilər üzərində geniş araşdırma aparmaqdır.

Şəbnəm Fərzəlinin elmi rəhbəri professor Naim Sağlamdır. Qeyd edək ki , N.Sağlam və fakültənin əməkdaşları zəlilərlə bağlı apardıqları elmi araşdırmalarda bir çox yeniliklərə imza atıblar.