2017.11.14
Tətbiqi Zoologiya Mərkəzində sitrus bitkilərinin ziyanvericiləri tədqiq edilir
AMEA Zoologiya İnstitutununTətbiqi Zoologiya Mərkəzi sitrus bitkilərinin ziyanvericilərinin tədqiqi istiqamətində tədqiqat işləri aparır.
Sitrus bağlarında ziyanvericiləri ntədqiqini öyrənmək, onun inkişafını izləmək məqsədilə mərkəzin əməkdaşları tərəfindən mütəmadi monitorinqlər aparırlar.
Sonuncu belə monitorinq oktyabrın 22-də mərkəzin əməkdaşı Nəzakət Abasova tərəfindən Astara rayonu Siyaku kəndi ərazisində şəxsi fermer təsərrüfatındakı sitrus bağlarında aparılıb.
Monitorinq zamanı sitrus bağında olan naringi, portağal, limon, feyxoa, muşmulla, xurmaağaclarınabaxış keçirilib. Fermer təsərrüfatı sahibindən bağın vəziyyəti barədə məlumatlar əldə edilib. Sitrus bitkilərinin üzərindən toplanmış entomoloji materialla rtədqiqat üçün Mərkəzin laboratoriyasına təqdim edilib.