XƏBƏRLƏR
2869 Arxiv

2017.11.16

Zoologiya İnstitutu süni göllərdə yetişdirdiyi yüksək keyfiyyətli ilk əmtəə balıqlarını işçilərinə payladı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutu ölkədə ekoloji təmiz məhsulların alınması üçün apardığı eksperimentlər üzrə uğurlu nəticə əldə edib.

İnstitutun Mingəçevir Elmi Təcrübə Dayaq Məntəqəsində istiqamət kimi ekoloji təmiz balıq məhsullarının alınmasında nailiyyət əldə edilib.
Tədqiqatlar nəticəsində ərazidəki göllərdə təbii şəraitə maksimum uyğunlaşdırılmış, parazitoloji analizdən keçirilmiş, yüksək ekoloji keyfiyyətə malik 3 növ balıq yetişdirilib.

Artıq göllərdə naxa balığının da süni çoxaldılmasına başlanılıb. Yetişdirilmiş 1 tona yaxın balıq Zoologiya İnstitutunun əməkdaşlarına paylanıb, bir qismi isə AMEA İşlər İdarəsinə təhvil verilib.
Böyük elmi əhəmiyyətə malik olan bu tədqiqatlar zamanı göllərdə yetişdirilən birillik çəki, ağ amur, qalınalın balıqlarının böyümə və inkişafının yem rasionundan, normativlərindən, parazit faunasından asılılığı öyrənilib. Tədqiqat ölkədə əmtəə balıqçılığının inkişafı baxımından da böyük əhəmiyyət kəsb edir. Əldə edilmiş nəticələr ölkə ərazisində göllərdə ekoloji təmiz balıqların yetişdirilməsinə yeni imkanlar yaradır.

Tədqiqatın nəticələrinin balıqçılıq təsərrüfatı ilə məşğul olan sahibkarlar üçün xüsusi maraq kəsb edə biləcəyini nəzərə alaraq, göl balıqçılığı üzrə ödənişli kurslar keçiriləcək.