ELANLAR
3235 Arxiv

2017.06.22 10:32

Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olmuş bakalavrların nəzərinə!

2017/2018-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olmuş bakalavrlar AMEA-da qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:

- şəxsiyyət vəsiqəsinin əsli və surəti;

- bakalavr diplomunun əsli və surəti (cari ilin məzunları üçün bakalavr kursunu tam başa vurması haqqında ali təhsil müəssisəsindən arayış); 

- 4 ədəd fotoşəkil (3×4 sm).

Magistraturaya qəbul olmuş bakalavrların qeydiyyatı 2017-ci il iyun ayının 29-dan iyul ayının 10-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsininMagistratura şöbəsində (Hüseyn Cavid pr., 115, I mərtəbə,otaq 150) aparılacaqdır.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Əlaqə nömrələri: (+994 12) 537 23 97, 539 20 35.

http://science.gov.az/news/open/5978