ELANLAR
3187 Arxiv

2017.01.09 17:23

AMEA-nın həqiqi və müxbir üzvlüyünə əlavə vakant yerlərə seçkilər haqqında elan

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti aşağıdakı ixtisaslar üzrə  AMEA-nın həqiqi və müxbir üzvlüyünə əlavə vakant yerlərə seçkilər elan edir:

 

AMEA-nın elmi bölmələri üzrə ixtisaslar

Həqiqi üzvlər

(akademiklər)

Müxbir üzvlər

 Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi

Fizika

                       –

1 müxbir üzv

 Biologiya və Tibb Elmləri Bölməsi

Aqrar elmlər

                      –

1 müxbir üzv

 İctimai Elmlər Bölməsi

Şərqşünaslıq

           1 həqiqi üzv

İqtisadiyyat

               –

1 müxbir üzv

AMEA-nın həqiqi üzvləri (akademikləri) AMEA Nizamnaməsinin 5.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olan, elm istiqamətləri üzrə geniş tədqiqatlar aparan, elmi yeni biliklərlə zənginləşdirən, tanınmış elmi məktəblər yaradan AMEA-nın müxbir üzvləri sırasından seçilirlər. 

AMEA-nın müxbir üzvləri AMEA Nizamnaməsinin 5.3-cü bəndinə əsasən elmin inkişafında görkəmli xidmətləri olan, onu dəyərli tədqiqatları ilə zənginləşdirən Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilirlər.

“AMEA üzvlərinin və onun rəhbər orqanlarının seçkiləri haqqında Əsasnamə”yə uyğun olaraq elan olunmuş ixtisaslar üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəssisələrin və ali təhsil müəssisələrinin elmi şuraları AMEA-nın həqiqi və ya müxbir üzvlüyünə namizədlər irəli sürmək hüququna malikdir.

AMEA üzvlüyünə irəli sürülən namizədlərin aşağıda qeyd olunan sənədləri (2 nüsxə) 7 yanvar 2016-cı il tarixindən etibarən 30 gün müddətində AMEA Rəyasət Heyətinin qərarı ilə yaradılmış Komissiyaya təqdim edilməlidir:

• AMEA həqiqi və ya müxbir üzvlüyünə namizədin irəli sürülməsi haqqında müvafiq qərar və ya təqdimat;

• Tərcümeyi-hal;

• Kadrların uçotu üzrə şəxsi vərəqə;

• Elmi əsərlərin siyahısı;

• Ali təhsil, fəlsəfə doktoru, elmlər doktoru diplomlarının və professor attestatının surətləri;

• Əsas iş yerindən xasiyyətnamə;

• 4x6 sm ölçüdə 3 ədəd fotoşəkil.

Sənədlər hər gün saat 10:00-dan 17:00-dək (şənbə və bazar günləri istisna olmaqla) aşağıdakı ünvanda qəbul edilir:

Ünvan: Bakı şəhəri, H.Cavid prospekti, 115, Akademiya şəhərciyi, AMEA-nın Əsas binası, 150-ci otaq.

Tel: (+994 12) 537 23 97

http://science.az/news/open/4823