ELANLAR
2850 Arxiv

2018.05.25 12:04

Magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak edəcək bakalavrların nəzərinə!

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanı vermək istəyən bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsi iyunun 3-də keçiriləcək.

“İmtahana buraxılış vərəqəsi”ni çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=8 linkinə daxil olmaq lazımdır.

Namizəd imtahana şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq yaranarsa, namizəd imtahana buraxılmayacaq.

http://science.gov.az/news/open/8073