ELANLAR
214 Arxiv

2018.05.10 12:00

Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə gənc alimlər üçün elan olunmuş müsabiqənin nəticələri açıqlanıb

AMEA prezidentinin 5 aprel 2018-ci il tarixli sərəncamına əsasən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə akademiyanın gənc alimləri üçün AMEA-nın Rəyasət Heyəti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə müsabiqəsi elan olunub.

Müsabiqənin keçirilməsində əsas məqsəd aktual və müasir elmi problemlərin həlli ilə bağlı elmi tədqiqatlar aparan gənc alimlərin fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanları yaratmaqdır.

Müsabiqədə iştirak etmək məqsədilə akademiyanın 46 gənc alimi sənədlərini AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə təqdim edib. Təqdim edilən sənədlərin təhlili AMEA prezidentinin sözügedən sərəncamı ilə yaradılmış Ekspert komissiyası tərəfindən həyata keçirilib. Komissiya iddiaçıların əldə etdikləri nəticələri təhlil edərək yekun rəy hazırlayıb və AMEA-nın prezidentinə təqdim edib.

Müsabiqənin nəticələrinə görə, 14 nəfər gənc alim mükafatlandırılıb.

Aşağıdakı gənc alimlər 1-ci yer üzrə qalib hesab edilib:

- Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun böyük elmi işçisi Ziyarət Paşayeva;

- Qafqazşünaslıq İnstitutunun aparıcı elmi işçisi Elnur Kəlbizadə.

Aşağıdakı gənc alimlər 2-ci yer üzrə qalib hesab olunub:  

- Radiasiya Problemləri İnstitutunun mühəndisi Səbuhi Nuruyev;

- Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi Mehman Həsənov.

Aşağıdakı gənc alimlər 3-cü yer üzrə qalib hesab edilib:

- Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kiçik elmi işçisi Səmra Mirzəyeva;

- Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi Ülkər Baxşiyeva.

Aşağıdakı gənc alimlər həvəsləndirici mükafat üzrə qalib olub:

- İnformasiya Texnologiyaları İnstitutunun kiçik elmi işçisi Günay İsgəndərli;

- Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işçisi Elmir Babayev;

- Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun kiçik elmi işçisi Züleyxa Eyyubova;

- Dendrologiya İnstitutunun kiçik elmi işçisi Nigar Məmmədova;

- Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi Aysel Qəribli;

- Elm Tarixi İnstitutunun aparıcı elmi işçisi Amal Həsənli;

- Mikrobiologiya İnstitutunun baş laborantı Aytən Səfərova;

- Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun böyük elmi işçisi Əfruz Nəsirova.

Müsabiqənin qalibləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən mükafatlandırılacaq.

http://science.gov.az/news/open/7947