ELANLAR
3006 Arxiv

2018.04.25 13:33

"Elm və İnnovasiya" proqramının növbəti qonağı AMEA-nın müxbir üzvü Oktay Qasımov olacaq

25 aprel 2018-ci il tarixində saat 22:30-da AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq.

Veriliş Azərbaycanda biofizika sahəsində aparılan tədqiqatların, bu istiqamətdə əldə olunmuş nailiyyət və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub.

Proqramın qonağı Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımovdur.

http://science.gov.az/news/open/7818